24 iyun 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR  
Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR  
21.02.2018, 13:49

2018-ci il fevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində baş vermiş döyüşün 1 ili tamam olacaq. 

 

Modern.az saytı həmin döyüşdə şəhid olmuş hərbçilərin ildönümü ərəfəsində onların ailəsi ilə əlaqə saxlayıb.

 

Müsahibimiz şəhid baş leytenant Tural Haşımlının həyat yoldaşı Şəbnəm Haşımlıdır.


Arayış: Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunda anadan olub. Baş leytenant Tural Haşımlı 2017-ci il fevralın 24-dən 25-nə keçən cəbhənin Xocavənd rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. Onun meyiti fevralın 27-də neytral ərazindən götürülüb. Fevralın 28-i isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

 

Tural Haşımlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib. Tural Haşımlı şəhid olmazdan 7 ay əvvəl ailə həyatı qurmuşdu. Zabitimiz şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. 


“Təlimlərə qatılacağını dedi”

 

“Tural hərbi qaydalara bütün hərbçilər kimi əməl edirdi. Bizə heç nə demirdi. Biz Beyləqanda hərbi şəhərcikdə qalırdıq. Hər axşam evdə olsa da, nələrin olacağı barədə danışmırdı. 2017-ci ilin fevralında təlimlərə qatılacağını dedi. Düzü həyat yoldaşı olaraq nə bir etiraz etdim, nə də bir söz dedim.

Çünki tez-tez təlimlərə gedirdi. Düzdü, təlimlər asan olmurdu. Bəzən deyəndə ki təlimə gedib, elə bilirlər adi səfərdir. Amma bu, hərbinin qaydalarıdır. Sonra elə alındı ki, Tural evə gəldi və dedi ki, kurs dayandırılıb və o, işə qayıtmalıdır. Mən yenə də əlavə suallar vermədim. Çünki hərb işi ilə bağlı danışmağı sevmirdi. Onları bu cür yetişdirmişdilər”.

 

“Tural işinə bağlı idi”

Şəbnəm xanım deyir ki, Turaldan sonra yaşından çox böyüyüb:

 

“Təbii, hər kəs kimi bizim də çətinliklərimiz vardı. Amma Tural işinə bağlı idi. Heç vaxt hərb sahəsindən uzaqlaşması barədə danışmırdı. Mən də bu barədə əlavə söhbətlər etmirdim. Düzü, mənim yaşım o qədər də  deyildi deyə, bu işlərdən heç nə anlamırdım. Amma Tural şəhid olandan sonra əsl çətinliyin, insan itkisinin, hər an müharibə olacağının fərqində oldum”.

 

“Evliliyimiz 6 ay sürdü”

Şəhidin həyat yoldaşı evliliklərinin qısa sürməsindən təəssüflənir:

 

“2016-ci ilin sentyabrında  toyumuz oldu. Turalın 28, mənim isə 22 yaşım vardı. Amma tanışlığımız 2016-cı ilin əvvəllərinə təsadüf edir. Həmin vaxtlarda Naxçıvanın Ordubad rayon  Xəstəxanasında tibb bacısı işləyirdim. Tural da xəstəxananın yolunda məni görüb bəyənmişdi. Sonradan münasibətlərimiz yaranmışdı. Amma qohumluğumuz olmayıb. 2016-cı ilin fevralında nişanlanmışdıq. Üzüklərimiz taxılmışdı. Elə 2017-ci ilin fevralında da Tural şəhid oldu. Evlilik müddətimiz cəmi 6 ay sürdü”.

 

“Turalın dəfnində iştirak etmədim”

 

Şəbnəm xanım deyir ki, Turalın dəfnində iştirak etmək ona qismət olmayıb:

 

“Hadisə baş verən ərəfədə səhhətimdə müəyyən problemlər vardı. Ana olmağa hazırlaşırdım. Təbii, hamiləliyim bir qədər riskli idi. Xüsusi həkim nəzarəti altında idim. O vaxt anam da yanımda qalırdı. Məni tək qoymaq olmazdı. Daha doğrusu, həkim məsləhət görmüşdü ki, yanımda mütləq kimsə olsun.

 

Turalı isə narahat edə bilməzdim. Ən dəhşətlisi odur ki, mən Turalın şəhid olduğunu bir həftə sonra bildim. Mənə bilərəkdən deməmişdilər. Hətta onun tabutu evlərinə gətirilən gün mən orda yox idim. Heç dəfn olunanda da məzarı başında ağlaya bilmədim.

 

Uşağı itirmək qorxusu yaşayarkən Turalı itirdim. Həmin vaxt onun tabutuna sarılıb ağlaya bilməməyimə üzülsəm də, indi anlayıram ki, bu, belə olmalı idi. Övladımızı itirsəydim nə olacaqdı?! O zaman həm də Turalın ruhu daim narahat qalacaqdı. Onun övladını da itirsəydim, özümü bağışlaya bilməzdim. İndi deyirəm ki, heç olmasa Turaldan yadigar bir oğlumuz var. Onun da adı Turaldır. Bir həftədən sonra Ordubada getdim.

 

Turalın ata evi məni sıxırdı. Orda toyumuz olmuşdu. Orda yaşamışdıq. Məzarlığa gedəndə hiss etdim ki, Turalsız yaşamaq çox çətin olacaq. Ona o qədər deyilməli sözüm vardı ki!.. Övladı olacağını eşidəndə çox sevinmişdi. Bu cür acını heç kəsə arzu etmirəm”.

Qeyd edək ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - SƏSLƏR SAYILMAĞA BAŞLANDI
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - SƏSLƏR SAYILMAĞA BAŞLANDI

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

Nazir Yavər Camalov Şüvəlanda dəfn olunacaq
24.06.2018, 11:52

Nazir Yavər Camalov Şüvəlanda dəfn olunacaq

Hərbi təyyarələrimiz Bakı buxtası üzərində uçuşlar etdi
24.06.2018, 11:27

Hərbi təyyarələrimiz Bakı buxtası üzərində uçuşlar etdi

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb
24.06.2018, 11:04

İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...
24.06.2018, 10:40

Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir...

Azərbaycan Ordusu 100 - VİDEO
24.06.2018, 10:38

Azərbaycan Ordusu 100 - VİDEO

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
24.06.2018, 10:33

Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI
24.06.2018, 10:11

“Türk ulduzları”nın Bakıda möhtəşəm şousunun vaxtı AÇIQLANDI

Ermənilər atəşkəsi 92 dəfə pozdu
24.06.2018, 09:41

Ermənilər atəşkəsi 92 dəfə pozdu

İki gün əvvəl qəzada yaralanan sürücü öldü
24.06.2018, 09:34

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

Vəzifə başında ölən azərbaycanlı məmurlar...   
24.06.2018, 09:02

Vəzifə başında ölən azərbaycanlı məmurlar...  

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO
24.06.2018, 09:00

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib
24.06.2018, 08:52

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  
24.06.2018, 08:47

Səudiyyə Ərəbistanında qadınlar maşın sürməyə başladılar  

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar   
24.06.2018, 08:39

Çində problem – Oğlanlar evlənməyə qız tapmırlar  

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi
24.06.2018, 08:22

Hacıqabulda DƏHŞƏTLİ QƏTL: xalası qızının boğazını kəsdi

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM   
24.06.2018, 08:19

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM  

“Sən xərçəngə qalib gəlmək gücdəsən”   - Millət vəkili
24.06.2018, 01:02

“Sən xərçəngə qalib gəlmək gücdəsən” - Millət vəkili

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.9%)
Braziliya(24.4%)
Almaniya(10.5%)
İngiltərə(2.39%)
Portuqaliya(11.9%)
İspaniya(5.74%)
Fransa(4.78%)
Belçika(2.39%)
Seneqal(3.82%)
Rusiya(22.0%)