Modern.az

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH

21 Fevral 2018, 15:12

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Türkiyənin "Zeytun budağı" əməliyyatında əsas hədəfi ölkənin təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Üstəlik, Türkiyənin bu addımı atmağa məcbur edən amillərdən biri də gələcəkdə Suriyanın şimalında Kürt dövlətinin yaranmasının qarşısın almaqdır”.

 

Türkiyənin Suriyada keçirdiyi “Zeytun budağı” əməliyyatından 1 ay ötür. Göründüyü kimi Afrində antiterror əməliyyatlarında hələlik üstünlük Türkiyədədir. Onu da qeyd edim ki, YPG və PYD Türkiyəyə qarşı ciddi dirəniş göstərsələr də, bu heç nəyi dəyişməyəcək”.

 

Bunu Modern.az saytına açıqlamasında Çağdaş Strateji Araşdırma Mərkəzi rəhbəri,  politoloq Seymur Süleymanov deyib:

 

“Ötən gün Suriya Dövlət Televiziyası PYD/YPG gücləri və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı əldə edilən razılaşmaya əsasən Əsədə sadiq qüvvələrin Afrinə daxil olacağı barədə xəbər yayılmışdı. Məsələyə münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd etdi ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir. Daha sonra isə Çavuşoğlu birmənalı şəkildə vurğuladı ki, Əsəd rejimi Afrinə girsə, kimsə bizi dayandıra bilməz. Bu o deməkdir ki, Türk ordusu Afrində Əsədlə qarşı-qarşıya gələcək.

 

Düzdür, Əsəd qüvvələrinin Afrində YPG-PYD silahlı qüvvələrinin Əsədlə razılaşmaları olması məlumatı biraz ziddiyətli məsələdir. Belə olan halda Suriya ordusunun adıçəkilən terror qruplaşmlarından bir fərqi olmaz.

 

O zaman ortaya haqlı bir sual çıxır. Türkiyə, Afrini terror qruplaşmalarından azad etdikdən sonra bölgədə varlığını davam etdirəcək? Çox güman ki xeyir. Çoxları deyə bilər,  Türkiyə Silahlı Qüvvələri (TSQ)  Afrini Azad Suriya Ordusunun (ASO) nəzarətinə verəcək. Axı Suriya hakimiyyəti ASO-nu terror təşkilatı kimi qəbul edir. Yəni Türkiyə üçün PKK necədirsə, ASO-da Suriya üçün eynidir”.

 

S.Süleymanov qeyd edib ki, məsələyə bu aspektdən yanaşdıqda bir çox ziddiyətli məqamlar ortaya çıxır:

 

“Əsəd Suriya dövlətinin başçısıdır. Amerika, Türkiyə Əsəd hakimiyyətini qeyri-leqal hesab edə bilər, ancaq faktiki vəziyyət onu deməyə əsas verir ki, Suriyanın ərazi bütövlüyünü ancaq və ancaq Suriya dövləti qoruya bilər.

 

Fikrimcə, həm Türkiyə üçün həm də Suriya üçün uğurlu variant o ola bilər ki, Suriya hökümət qüvvələri ilə Türkiyə ordusu Afrində koordinasiyalı şəkildə YPG-PYD terror qruplaşmalarına qarşı birgə mübarizə aparsınlar. Və sonda Afrini Suriya ordusuna təhvil verilməsi hər iki ölkə üçün faydalı çıxış yoludur. Çünki artıq Afrin əməliyyatında Türkiyəyə dəstək verən Rusiya belə, rəsmi Ankaranı Suriya höküməti ilə dialoq qurmağa dəvət edir. Və beləliklə, bölgədə sülh ancaq və ancaq iki ölkənin koordinasiyalı hərəkət etməsindən keçir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi