Modern.az

Buynuz kəndində görüş (FOTOLAR)

Buynuz kəndində görüş (FOTOLAR)

Parlament

23 İyul 2011, 19:15

Deputat Novruz Aslanov İsmayıllı rayonunun kəndlərində seçicilərlə görüşlərini davam etdirir. İyulun 22-də deputat Buynuz kəndində seçiciləri ilə görüş keçirib. Görüş kənd orta məktəbinin həyətində baş tutub və 100-dən çox sakin bu görüşdə iştirak edib.

Görüzdə Novruz Aslanov sosial-iqtisadi sahənin inkişafı istiqamətində respublikanın bütün rayon, şəhər və qəsəbələrində həyata keçirilən tədbirlər barədə söhbət açıb. İsmayıllı rayonunda son illərdə açılan yeni müxtəlif təyinatlı obyektləri, aparılan abadlıq-quruculuq işlərini misal gətirərək, bütün bunları bu sahənin inkişafının təzahürü olduğunu vurğulayıb.    

Sakinlər əsasən kənddə təbii qaz və içməli suyun çəkilişinə, Göyçay çayı ətrafında bəndlərin quraşdırılmasına, torpaq sahəsinin verilməsinə köməklik göstərilməsini, işlə təmin olunmalarını deputatdan xahiş ediblər. Millət vəkili bu məsələlərə dair əlaqədar təşkilatlara müraciət edəcəyini bildirib.

Deputatın qərargahından Modern.az-a bildirilib ki, bu görüş kəndlərdə Novruz Aslanovun keçirdiyi sayca 7-ci görüşüdür. Bundan öncə İsmayıllı rayonunun Diyallı, Hacıhətəmli, İvanovka, Aşağı Zərnava, Lahıc kəndlərində də belə görüşlər  keçirilib.

 






Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı