Modern.az

Əli Əliyevin sənədləri MSK-ya verildi  

Əli Əliyevin sənədləri MSK-ya verildi   

21 Fevral 2018, 16:10


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, 11 aprel növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş Əli Əliyevin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

   
Partiyadan Modern.az-a bildirilib ki, VİP sədrinin müavini və bu seçkilərdə partiyanın səlahiyyətli nümayəndəsi təyin edilmiş Ramil Hüseynovun təqdim etdiyi sənədlər MSK-nın əməkdaşları tərəfindən yoxlanılaraq, qəbul olunub.

   
Seçki qanunvericiliyinə əsasən, MSK Əli Əliyevin namizədliyinin irəli sürülməsinə dair qərarı 5 gün ərzində qəbul etməlidir.

   
Qeyd edək ki, VİP sədri Əli Əliyevin prezidentliyə namizədliyi partiya Məclisinin bu il fevralın 18-də keçirilmiş iclasında irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi