Modern.az

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada

21 Fevral 2018, 16:25

Rusiya Dövlət Dumasında geri qaytarılmayan müddətli əmanətlər haqda qanun layihəsinin müzakirə olunması gözlənilir.

 

Moder.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Gənclər Parlamentinin sədri Maria Voropayeva məlumat verib.

 

Aşağı Palatanın Maliyyə bazarı üzrə komitəsinin sədri Anatoliy Aksakov məsələyə aydınlıq gətirərək bildirib ki, bu cür qoyuluşlar Almaniya və Fransada meydana gəlib. Bu növ qoyuluşlarda insanlar ilkin ödəniş üçün pul yığır və elə həmin bankdan azaldılmış faiz dərəcələri ilə ipoteka kreditləri əldə edir. Təklif olunan variant  ona görə səmərəlidir ki, əmanət geri qaytarılmayan müddətli olduğu üçün bank bu cür əmanətlərə daha çox faiz verə bilir.

 

Və bu da ilkin ödənişin daha tez yığılmasına kömək edir. Bank üçün də bu sərfəlidir, çünki əmanətlər müddətli geri qaytarılmayan olduğu üçün, bank onu müəyyən olunmuş müddətədək biznes maraqlarında istifadə edə bilir.

 

Aksakovun sözlərinə görə ilkin ödəniş bu növ əmanətlərdə yığıldığı zaman, faiz dərəcələri 1-2 faizədək azaldıla bilər.

 

“Biz təkid edəcəyik ki, “Ana Sərmayə” nin də buraya köçürülməsi mümkün olsun. Bununla da biz yeni ailələrin evlə təmin olunmasını tezləşdirmiş olacağıq” – Aksakov bildirib.

 

Yeni qanun layihəsinin bu ilin mart-aprel aylarında müzakirəyə çıxarılması gözlənilir.

 

Əvəz Zeynalov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər