Modern.az

Yas mərasimlərində striptiz ləğv olunacaq

Yas mərasimlərində striptiz ləğv olunacaq

21 Fevral 2018, 18:05

Çin hakimiyyəti yas mərasimlərində keçirilən ənənəvi erotik rəqslərə və səs-küylü şənliklərə son qoymaq niyyətindədir. Bu barədə Modern.az “The Global Times”a istinadən xəbər verir.

Çində yas mərasimlərini asanlıqla şənliklə səhv salmaq olar. Beləki mərasim zamanı qısa geyimli qadınlar, şənlənən toplu və uca səsəli musiqi buna əsas verir.

 

Bütün bunlar Çində əhalinin mərhumun yeni həyatı üçün sevinmələrini göstərmək üçündü. Həm də mərasim zamanı iştirak edənlərin çox olması mərhuma hörmətin əlamətidir. Buna görə də mərhumun yaxınları mərasimə daha çox insanı cəlb etməkçün hər vasitəyə əl atırlar.

Bu adət Çində XVII-ci əsrdə Çsin süaləlisinin hakimiyyəti zamanı meydana gəlib.

 

“Çində mərasimlər çox zaman şənliyə çevrilir, əsasən də çox qoca birisi vəfat edəndə.” – Priston Universitetinin şərqiasiya tədqiqtları dosenti Everet Can qeyd edir.

Qeyd edək ki, barabanlar, aktyorlar və müğənnilər tu tipli mərasimlərçün adi hal olduğu halda, bəziləri bunu bir az da müasirləşdirərək erotik rəqsləri də bura əlavə ediblər.

Çin mədəniyyətində ölüm anlayışı bir çox buddist xalqlarında oluğu kimi əzablardan qurtuluş və yeni həyatın başlanğıcı kimi qiymətləndirilir.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir