Modern.az

İraq Rusiyadan S-400 almaq istəyir

İraq Rusiyadan S-400 almaq istəyir

21 Fevral 2018, 18:48

İraqdan olan nümayəndə heyəti "S-400" zenit-raket sistemlərinin alınması üçün danışıqlar aparmaq məqsədilə Rusiyaya səfər edəcək.

 

Virtualaz.org xəbər verir ki, "Asharq Al-Awsat" qəzeti qarşıdakı danışıqlarda daha əvvəl Moskva ilə imzalanmış sazişlərə daxil edilməyən "S-400" raket sistemlərinin tədarükü məsələsinin müzakirə ediləcəyini yazıb.

Məlumata görə, buna qədər İŞİD yaraqlıları ilə mübarizə üçün Rusiyadan silah almaqla kifayətlənən İraq artıq müasir hava hücumundan müdafiə sistemləri olan qonşularından geri qalmaq istəmir.

Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında Moskva və Bağdad ümumi dəyəri 4,2 milyard dollar olan 48 ədəd "Pantsir-S" zenit kompleksinin və 36 ədəd "Mi-28" zərbə helikopterinin tədarükü üzrə saziş imzalayıb. Bundan sonra İraqda İŞİD-in təsir qüvvəsi artdığına görə müqavilənin detalları dəfələrlə dəyişdirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir