Modern.az

Türkiyə XİN-i Azərbaycandakı keçmiş səfirə yeni vəzifə tapşırıb

Türkiyə XİN-i Azərbaycandakı keçmiş səfirə yeni vəzifə tapşırıb

Təhsil

24 İyul 2011, 11:10

Türkiyə Xarici İşlər Nazirliyində (XİN) yeni təyinatlar olub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, xarici işlər naziri Əhməd Davudoğlu bu təyinatları şəxsən élan edib.
Yeni təyinatlarda əvvəllər Azərbaycanda səfir olmuş diplomatların da adları yer alıb. Hazırda Prezidentin protokol xidmətinin rəisi olan Azərbaycandakı sabiq səfir Hüseyn Avni Qarslıoğlu bu dəfə Türkiyənin Almaniyadakı səfiri vəzifəsinə təyinat alıb.
Vaxtilə Türkiyənin Azərbaycandakı diplomatik korpusuna rəhbərlik emiş Qədri Ecvet Tezcan isə Avstriyadakı səfir postundan azad edilib. Avstriyada yeni səfir xarici işlər naziri müavininin Avropa İttifaqı üzrə köməkçisi Ayşə Sezgin olacaq.
XİN-də Qafqaz şöbəsi müdirinin müavini vəzifəsində işləyən Əhməd Rza Dəmirər Türkiyənin Qabonda, Yunus Dəmirər İraqda səfiri, Səlim Yenel isə Avropa İttifaqında daimi nümayəndəsi təyin olunub.
Türkiyənin Belçika, Sinqapur, Oman, Slovakiyadakı səfirliklərinə də yeni diplomatlar təyin olunub.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır