Modern.az

Afrində 1780 terrorçu zərərsizləşdirilib

Afrində 1780 terrorçu zərərsizləşdirilib

21 Fevral 2018, 20:44

“Bu gün Türkiyənin sərhədlərində terror qurşağının yaradılmasına cəhd göstərilir. Ona görə də həm masa arxasında, həm də meydanda güclü olmaq üçün hərəkətə keçdik”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Afrində keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı fevralın 21-də keçirdiyi mətbuat konfransında bildirib.

 

H.Aksoy deyib ki, "Zeytun budağı" əməliyyatı uğurla davam edir: “İndiyədək 1780 terrorçu zərərsizləşdirilib. Bu əməliyyat terrorçuların Afrində uzun müddətdir yerləşməyə başladıqlarını və Kandildən sonra ikinci baza kimi inşa etdiklərini ortaya çıxardı. Əslində, Türkiyə bununla Avropaya böyük miqrant axınının qarşısını alır. Mülki vətəndaşların  zərər görməməsi üçün hər cür tədbirlər alınır. İndiyədək heç bir sivil ölməyib".

Hami Aksoyun sözlərinə görə,  Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir