Modern.az

Məcburi köçkünün qaçırılan avtomobili su kanalından tapıldı

Məcburi köçkünün qaçırılan avtomobili su kanalından tapıldı

21 Fevral 2018, 21:28

Ağcabədi rayonunda avtomobil oğurluğu olub. Modern.az "Reprot"a istinadən xəbər verir ki, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb.

 

O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.

 

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!