Modern.az

Afrində daha 3 kənd terrorçulardan azad edildi

Afrində daha 3 kənd terrorçulardan azad edildi

21 Fevral 2018, 21:41

Türkiyə Silahlı Qüvvələri Afrində əməliyyatları Afrin bölgəsində əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün terrorçulardan daha üç kənd azad edilib. Ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı üç kəndi terrorçulardan tam təmizləyib.

 

Bununla da Suriyanın Afrin bölgəsində davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.

 

Qeyd edək ki, Əsəd qüvvələrinin Afrinə doğru hücuma keçməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra Türkiyənin “Zeytun budağı” əməliyyatının taleyi haqda müəyyən suallar yaranmışdı. Lakin sözügedən kəndin alınması göstərir ki, türk ordusu bölgədə antiterror əməliyyatlarına tam sürətlə davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir