Modern.az

Rusiya klubu Avropa Liqasının 1/8 finalında

Rusiya klubu Avropa Liqasının 1/8 finalında

Aktual

21 Fevral 2018, 23:45

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib. Modern.az Bu gün turnirin 1/16 final mərhələsində Rusiyanın “MOİK” klubu Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşıb. Moskvada təşkil olunan cavab qarşılaşmasında “MOİK” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu ilk yarının sonlarında Alan Zaqoyev vurub. Doğma meydanda vurulan bir qol “MOİK”in növbəti mərhələyə yolunu açıb.

 

Belə ki, bu komandalar arasında bir həftə əvvəl Btlqradda baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşdığı üçün iki oyunun yekununda “MOİK” mərhələ adlayıb.

 

Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi fevralın 22-də müəyyənləşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır