Modern.az

Pullar sağlamlıq üçün təhlükə yarada bilər - Video

Pullar sağlamlıq üçün təhlükə yarada bilər - Video

22 Fevral 2018, 00:44

Xəstə insan dəsmalla burnunu sildikdən sonra həmin əli ilə pulu götürürsə, onda pulun çirklənmə təhlükəsi yaranır. Kəskin respirator virus infeksiyaları pula keçə bilir. Nəzərə alsaq ki, pullar dövriyyədən çıxana qədər minlərlə insanın əlindən keçir, məsələ daha da ciddiləşir. Modern.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyir ki, bunun qarşısını almaq üçün xüsusilə apteklərdə, xəstəxanalarda, bağçalarda və digər bu kimi yerlərdə pulların dezinfeksiyası üçün xüsusi texniki vasitələr olmalıdır.

 

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirir ki, hazırda tədavüldə olan pullar ildə iki dəfə Mərkəzi Banka mədaxil olunur. Çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılaraq məhv olunur. Tədavülə isə yalnız yararlı və təmizlənmiş pul nişanları buraxılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır