Modern.az

ABŞ-dan Ukraynaya növbəti hərbi DƏSTƏK

ABŞ-dan Ukraynaya növbəti hərbi DƏSTƏK

Dünya

22 Fevral 2018, 09:21

“Tank əleyhinə “Javelin”lərin çatdırılması ABŞ-ın Ukraynaya silah yardımının bir hissəsi olacaq”.  

 

Modern.az xəbər verir ki bunu “Европейская правда” saytına müsahibəsində ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker qeyd edib.

O xatırladıb ki, Obama administrsiyası zamanında Ukraynaya silah yardımı məsələsində uçuş aparatlarına qadağa qoyulmuşdu.

 

“Tramp administrasiyası bu qadağanı ləğv etdi. Bu, ABŞ-ın Ukraynaya dəstək imkanlarını artırır. Bəli “Javelin” bu yardımın hissəsi olacaq, amma, biz daha böyük yardımdan danışırıq.

 

Bizim məqsədimiz Ukrayna ordusunun silahlanmasındakı boşluqları doldurmaq və onun öz sərhədlərini qorumaq imkanlarını artırmaqdır”– Volker söyləyib.

 

O vurğulayıb ki, “təhlükəsizlik baxımından  silahların bir hissəsi pulsuz veriləcək.

 

“Bununla belə Ukraynaya nə lazım olsa onu satın ala bilər”. 

 

Əvəz Zeynalov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır