Modern.az

ATƏT nümayəndələri YAP-a getdi, seçkilər müzakirə edildi

ATƏT nümayəndələri YAP-a getdi, seçkilər müzakirə edildi

22 Fevral 2018, 10:53

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov fevralın 22-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.

 

YAP_dan Modern.az-a verilən məlumata görə, görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəfaf keçiriləcəyinə əminliyini ifadə edib.

 

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.

 

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır