Modern.az

İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib - FOTO

İlham Əliyev Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib - FOTO

Aktual

22 Fevral 2018, 11:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.

Prezident İlham Əliyev deyib:

- Hörmətli Fəttah müəllim.

Sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzulayıram.

Siz uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırsınız. İyirmi ildən çoxdur ki, Milli Məclisin deputatı kimi ölkəmizin inkişafına böyük töhfə verirsiniz. Ondan əvvəl - 1990-cı illərin əvvəllərində Naxçıvan Ali Sovetinin, sonra Ali Məclisinin deputatı kimi ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmisiniz. Hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri kimi çox fəal iş aparırsınız. Azərbaycan dövləti sizin xidmətlərinizi yüksək qiymətləndirib. Siz 2008-ci və 2013-cü illərdə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmusunuz.

Bu gün yubileyiniz ərəfəsində mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və bu yüksək ordeni sizə təqdim edirəm.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir