Modern.az

Ağ Ev Moskvanı 100 nəfərin ölümündə ittiham etdi

Ağ Ev Moskvanı 100 nəfərin ölümündə ittiham etdi

22 Fevral 2018, 11:25

Moskva və Dəməşq Şərqi Qutda baş verən qırğınlara görə birbaşa məsuliyyət daşıyır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders açıqlama verib.

 

“ABŞ Suriya və Rusiyanın Şərqi Qutda təşkil etdiyi hücumları qınayır. Həlak olan və yaralananların ailələrinə başsağlığı verir, beynəlxalq aləmdən bu qırğınlara son qoyulmasını tələb edirik”.

 

BMT-nin məlumatına görə, Dəməşq yaxınlığında müxalifətin nəzarət etdiyi Şərqi Qutda son 2 gün ərzində hava zərbələri zamanı 100-dən artıq insan həlak olub.   

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı