Modern.az

Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərilir

Prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərilir

Aktual

22 Fevral 2018, 11:29

Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi (XİN) bu məqsədlə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatlara dəvət göndərib.

 

Proses davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır