Modern.az

Hansı supermarketdən alver edirsiniz... - SORĞU  

Hansı supermarketdən alver edirsiniz... - SORĞU  

22 Fevral 2018, 12:15

Azərbaycanda iri market şəbəkələrinin sayı getdikcə artır. Hazırda ölkədə 10-a yaxın brendləşmiş supermarket şəbəkəsi fəaliyyət göstərir. Onların  bəziləri yalnız Bakı şəhərini əhatə edir, bir qismi isə regionlarda da öz mağazalarını açıblar.
Müşahidələr göstərir ki, əsasən Bakıda pul qazanmağa üstünlük verən iri market şəbəkələri arasında ciddi rəqabət mövcuddur.

Market şəbəkələri əhalinin ehtiyaclarına getdikcə daha çox uyğunlaşmağa başlayıblar. Artıq burada təkcə ərzaq malları yox, kütləvi tələbat malları da satılır. Bura geyim, məişət və təsərrüfat malları, dəftərxana ləvazimatları, kosmetika məhsulları da aiddir.

Maraqlıdır, bəs alıcılar hansı supermarketə üstünlük verirlər?

Modern.az
 saytının növbəti sorğusu da elə bu mövzudadır: Hansı supermarketdən alver edirsiniz?

Sorğumuza qatılmaq istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

Cavablar bunlardır:

“ARAZ” marketləri
 “Bazarstore”
“Neptun” marketləri
“Favorit” marketi
“Makromarket”
“Bizim market”
“Rahat market”
“Bravo” marketləri
“Oba market”
Heç biri - digər mağazalar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı