Modern.az

Paytaxtda yataqxana yanıb, 60 sakin təxliyyə olunub

Paytaxtda yataqxana yanıb, 60 sakin təxliyyə olunub

Təhsil

25 Noyabr 2009, 15:30

Bakı şəhəri, Binəqədi rayonunda dövlət müəssisələrindən birinə məxsus və hazırda məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yanğın baş verib.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m.olan yataqxana dəhlizinin yanar konstruksiyaları, dəhlizə yığılmış müxtəlif ev əşyaları 80 kv.m. sahədə və həmin mərtəbədə olan 4 mənzilin qapıları yanıb. Hadisə anında binada olan 60 sakin təxliyyə olunub, 6 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib. Xilasedicilər yanğından zərər çəkmiş 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.  İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!