Modern.az

Azərbaycanın müdafiə naziri Belarusa gedib

Azərbaycanın müdafiə naziri Belarusa gedib

Aktual

22 Fevral 2018, 13:22

Fevralın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir