16 dekabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Nazir İƏT-ə üzvlərini Azərbaycanın “Expo 2025”lə bağlı namizədliyini dəstəkləməyə çağırıb
Nazir İƏT-ə üzvlərini Azərbaycanın “Expo 2025”lə bağlı namizədliyini dəstəkləməyə çağırıb
22.02.2018, 15:03

Fevralın 21-22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, “İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması” mövzusunda təşkil edilən Konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən “İƏT-in Əmək Bazarı Strategiyası” müzakirə olunub.

Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əmək bazarının inkişafı baxımından hər bir ölkəyə təsir edən bir çox çağırışların həllinin qlobal gündəmdə ən vacib məsələlərdən olduğunu, qloballaşmanın, demoqrafik tendensiyaların, texnoloji dəyişikliklərin iqtisadiyyatdakı iş yerlərinə təsirlərinin əmək bazarı ilə bağlı qarşıda duran vəzifələrin miqyasını genişləndirdiyini vurğulayıb. Nazir qeyd edib ki, bütün bunlar nəzərə alınmaqla, məşğulluq səviyyəsinin və işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına yönələn təsirli islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İşçi qüvvəsinin tələb və təklifinin effektiv tənzimlənməsi və dəstəklənməsi əmək bazarlarında davamlılıq və inklüzivliyə nail olmaq baxımından çox vacibdir.


S.Müslümov vurğulayıb ki, qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi, enerji resurslarının qiymətlərinin aşağı düşdüyü son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü islahatlar proqramı əsasında ölkədə sistem xarakterli sürətli islahatlarla milli iqtisadiyyatın uğurla şaxələndirilməsi şəraitində sabit əmək bazarının təmin edilməsi üzrə Azərbaycanın səmərəli təcrübəsi analoji transformasiya prosesi keçən digər ölkələr üçün də maraqlı ola bilər. Ölkənin əmək bazarında sabitliyin dəstəklənməsi məqsədilə kompleks tədbirlər sistemi reallaşdırılmışdır ki, bu əsasda makroiqtisadi sabitliyin təmin olunması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstəyin göstərilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, korporativ sosial məsuliyyət çərçivəsində ictimai işlərin təşkili, peşə hazırlığının gücləndirilməsi kimi uzunmüddətli və qısamüddətli tənzimləyici tədbirlərdən istifadə olunmuşdur: “Bu kompleks tədbirlər, aparılan islahatlar ölkədə işsizliyi aşağı səviyyədə saxlamağa geniş imkanlar yaradıb. Qeyd edək ki, hər il orta hesabla 100 mindən çox gənc işaxtaran vətəndaşın əmək bazarına daxil olduğu Azərbaycanda 2017-ci ilin sonunda işsizliyin səviyyəsi 5% təşkil edib”.


Nazir əmək bazarı ilə bağlı dəqiq və operativ, əhatəli informasiyaların əldə olunmasında, əmək bazarına çevik və səmərəli nəzarətin təşkilində ölkəmizdə 2014-cü ildən tətbiq olunan Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron İnformasiya Sisteminin önəmini diqqətə çatdırıb: “Azərbaycanın uğurları beynəlxalq iqtisadi təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan həmçinin əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Dünya İqtisadi Forumunun daha bir son hesabatına görə, İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan ölkələr arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb”.


S.Müslümov əmək bazarında uzunmüddətli dayanıqlı müsbət meyillərin təmin olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda yeni qurulmuş işsizlik sığorta sisteminin yaratdığı maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirləri əhəmiyyətli dərəcədə genişləndirilməkdədir. Səmərəli məşğulluq üçün vacib olan işçi qüvvəsinin bacarığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və digər bu kimi məsələlər də xüsusi diqqət mərkəzində saxlanılır: “Bu sahədə əsas götürülən hədəflər 2030-ci ilə qədər olan dövr üçün hazırlanan, məşğulluq sahəsində dövlətin əsas siyasət tədbirlərini əhatə edən Məşğulluq Strategiyasının layihəsində də öz əksini tapmışdır”.
Mövcud çağırışların həlli istiqamətində adekvat və çevik qərarların qəbulu üçün düşünülmüş daxili siyasətlə yanaşı, daha sıx beynəlxalq əməkdaşlığın da əhəmiyyətini diqqətə çatdıran S.Müslümov bildirib ki, İƏT-ə üzv ölkələr üçün əmək və məşğulluq sahəsində ümumi maraq kəsb edən məsələlər kifayət qədərdir: “Bizim əsas hədəfimiz İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın konseptual, əməli və institusional davamlılığını təmin etməklə dəstəklənməsidir. Bu mənada ölkələrimizdə daha dayanıqlı və inklüziv əmək bazarı yaratmaq üçün zəngin fikir və təcrübə mübadiləsinə geniş imkanlar açan əmək nazirlərinin bu görüşü İƏT-in əmək bazarı və məşğulluq siyasəti üçün gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək”.

 

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İƏT-in mənzil-qərərgahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması Təşkilata üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək üçün müstəsna platforma olacaq.

Bu təsisat əmək və məşğulluq sahəsində praktiki müstəvidə səmərəli və davamlı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini qeyd edən S.Müslümov Azərbaycanın 2017-ci ildə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsində İƏT ölkələrinin mühüm dəstəkləyici roluna görə təşəkkürünü ifadə edərək ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib: “Bildiyiniz kimi, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Bundan əlavə, Azərbaycanın sərgi üçün təklif etdiyi mövzu -“İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişaf və innovasiyaların əsasında insan kapitalı dayanır.”

S.Müslümov İƏT-ə üzv ölkələrin əmək nazirlərini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...
16.12.2018, 00:51

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

Yaponiyadan rekord büdcə: 891 milyard dollar
16.12.2018, 00:38

Yaponiyadan rekord büdcə: 891 milyard dollar

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO
16.12.2018, 00:18

Sabiq nazir Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını şərh etdi - VİDEO

Fəhlə qum dolu maşının altında qaldı
15.12.2018, 23:53

Fəhlə qum dolu maşının altında qaldı

Daxili işlər naziri istefa verdi
15.12.2018, 23:44

Daxili işlər naziri istefa verdi

Türkiyə daha 13 terrorçunu məhv etdi
15.12.2018, 23:21

Türkiyə daha 13 terrorçunu məhv etdi

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko
15.12.2018, 23:09

“Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...” - Lukaşenko

Daha bir məşhur üçün "Maşın" əldən getdi
15.12.2018, 22:46

Daha bir məşhur üçün "Maşın" əldən getdi

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu
15.12.2018, 22:34

“Türkiyə bu məsələnin üstündən keçməyəcək” - Mövlud Çavuşoğlu

“Neftçi” “Sumqayıt”a uduzdu
15.12.2018, 22:14

“Neftçi” “Sumqayıt”a uduzdu

“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib
15.12.2018, 18:56

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu   
15.12.2018, 18:39

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu  

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15.12.2018, 18:00

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
15.12.2018, 17:56

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər
15.12.2018, 17:49

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR
15.12.2018, 16:50

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
15.12.2018, 16:41

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

İlham Əliyev Bəhreynin Kralını təbrik edib
15.12.2018, 16:40

İlham Əliyev Bəhreynin Kralını təbrik edib

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib
15.12.2018, 16:34

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
15.12.2018, 16:33

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
15.12.2018, 16:26

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15.12.2018, 16:17

Pentaqon Rusiya ilə danışıqlardan qaçır

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb
15.12.2018, 16:02

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15.12.2018, 15:41

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15.12.2018, 15:32

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15.12.2018, 15:18

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar
15.12.2018, 15:06

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb
15.12.2018, 14:39

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15.12.2018, 14:27

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15.12.2018, 14:18

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir
15.12.2018, 13:54

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir

Bu yolda rənglənmə işləri aparılacaq
15.12.2018, 13:38

Bu yolda rənglənmə işləri aparılacaq

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15.12.2018, 13:27

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Tolstoy olan yerdə Dostoyevski kim idi…   
15.12.2018, 13:11

Tolstoy olan yerdə Dostoyevski kim idi…  

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək
15.12.2018, 13:01

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ
15.12.2018, 12:56

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
15.12.2018, 12:52

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

ARXİV