Modern.az

Millət vəkili Çingiz Qənizadə Bosniya və Herseqovinada rəsmi görüşlərə başladı

Millət vəkili Çingiz Qənizadə Bosniya və Herseqovinada rəsmi görüşlərə başladı

22 Fevral 2018, 16:34

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin görüşü  keçirilib.

 

Modern.az saytı xəbər verir ki, görüş Bosniya və Herseqovina parlamentində baş tutub. Görüşdə Azərbaycan-Bosniya və Herseqovina əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Parlament Jurnalistləri Birliyinin sədri, “Böyüməyən uşaqlar” kitabının müəllifi Elşad Eyvazlı, Bosniya və Herseqovina Parlament Assambleyasındakı hər iki Palata rəhbərliyi, Bosniya və Herseqovina Parlament Assembleyasındakı Azərbaycanla Dostluq qrupunun üzvləri – Xalqlar Palatasının spikeri Ognjen Tadic, Xalqlar Palatasının spikerinin birinci müavini Safet Softiç, Nümayəndələr Palatasının spikerinin müavini Şefik Djaferoviç iştirak ediblər.

 

Görüşdə çıxış edən millət vəkili Çingiz Qənizadə iki ölkə arasındakı iqtisadi, siyasi əlaqələri genişləndirmək və bu sahədə parlamentin üzərinə düşən bütün vəzifələri icra etməyə hazır olduqlarını bildirib.

 

Ç. Qənizadə eyni zamanda 26 fevral 2013-cü ildə Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün  qorunması və Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qətnaməyə görə də minnətdarlığını bildirib.

 

Azərbaycan-Bosniya və Herseqovina əlaqələr üzrə işçi qrupunun rəhbəri həmçinin, Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilmiş “25”lərdən iki nəfərin (Səbinə Məhərrəmova və Murad Hüseynovun) hazırda Bosniya və Herseqovinada səfərdə olduğunu və bu uşaqların taleyindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının təqdimatının keçiriləcəyini diqqətə çatdırıb.

 

Görüşdə iki ölkə arasındakı dostluq münasibətləri və bundan sonra bu əlaqələrin daha yüksək səviyyədə inkişaf etdirilməsi, eyni zamanda əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyi vurğulanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub