Modern.az

Dünyanın ən zənginləri daha da varlanıb - Yeni SİYAHI

Dünyanın ən zənginləri daha da varlanıb - Yeni SİYAHI

22 Fevral 2018, 15:14

Dünyanın ən zəngin insanı və “Amazon” şirkətinin sahibi Ceff Bezos bir gecədə sərvətini 1,15 milyard dollar artırıb. Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu, ona məxsus şirkətin səhmlərinin bahalaşmasından sonra baş verib.

 

Hazırda “Bloomberg” Ceff Bezosun sərvətinin 124 milyard dollar olduğunu hesablayıb. İkinci pillədə qərarlaşan Bill Geytsin 91,6, 3-cü pillədəki Uorren Baffetin isə 86,2 milyard dollar pulu var.

 

İlk onluğa Mark Zukerberq (73,1 milyard dollar), Amansio Orteqa (72,2 milyard dollar), Karlos Slim (66,7 milyard dollar), Bernar Arno (65,1 milyard dollar), Larri Elison (55,2 milyard dollar), Larri Peyc (54,9 milyard dollar) və Sergey Brin (53,5 milyard dollar) daxildir. 

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu