Modern.az

İzmirdə Xocalı soyqırımının qurbanları anılacaq  

İzmirdə Xocalı soyqırımının qurbanları anılacaq   

Aktual

22 Fevral 2018, 16:05

Türkiyənin İzmir şəhərində fəaliyyət Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti Xocalı Soyqırımının 26-cı ildönümü münasibətilə tədbir təşkil edəcək. Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Cəmiyyət bu tədbiri Türk Ocaqları İzmir şöbəsi ilə birgə həyata keçirəcək. Tədbir, fevralın 24-də 13.00-da İzmirin mərkəzi meydanında icra hakimiyyətinin önündə keçiriləcək. Soyqırımla bağlı mətbuat açıqlama veriləcək. Dah sonra tədbir foto sərgi, İzmirə xas olan ehsan – lokma verilməsi və broşura dağıtımı şəklində həyata keçiriləcək. Tədbiri cəmiyyətin qurucusu olduğu “Terrora Qarşı Tək Ürək Layihəsi” və digər qeyri-hökümət təşkilatları da dəstək verəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır