Modern.az

İran İsrailin ittihamlarına CAVAB VERDİ

İran İsrailin ittihamlarına CAVAB VERDİ

Dünya

22 Fevral 2018, 16:17

“İsrail hava sərhədlərini pozan və nəticədə vurulan pilotsuz uçuş aparatı İrana deyil, Suriya ordusuna məxsusdu”. Modern.az xəbər verir ki, bu barədə BBC News-a müsahibəsində İranxarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

 

“Dron Suriya ordusuna məxsusdu. Suriya ordusunun imkanları genişdi” – deyə Arakçi açıqlama verib.

Onun sözlərinə görə, Dronun qeyd olunan hədəfləri barəsində də Suriya ordusundan maraqlanmaq lazımdı.

“İsrail ordusu da Suriyaya və qonşu dövlətlərə hər gün, hər saat dronlar göndərir. Ona görə də onlar gərək ki bu cür hallarla qarşılaşanda əsəbləşməsinlər” – deyə Arakçi qeyd edib.

Keçən həftə Münhendə keçirilən təhlükəsizlik konfransında İsrailin  baş naziri Binyamin Netanyahu əlində vurulmuş dronun bir hissəsini yelləyərək İranı “bütün dünya üçün ən böyük təhlükə” adlandırmışdı.

 

PUA 10 fevral səhər saatlarında Apaçi vertalyotu tərəfindən vurulub. Onun ardınca isə İrana aid olduğu iddia edilən komanda mərkəzinə zərbələr endirilib. Cavabında Suriya ordusunun Hava hücumundan müdafiə sistemləri İsrailə aid bir neçə hədəfə atəş açılıb. Nəticədə İsrailin F-16 qırıcısı vuruldu.

Arakçi də bunu əsas gətirərək “əslində bu ordu üçün çox böyük zərbədir. Ona görə də onlar belə qəzəblidirlər” deyə vurğuluyur.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür