26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Başçı bir söz, müavin başqa söz deyir - Sürüşmə zonasının sakini
Başçı bir söz, müavin başqa söz deyir - Sürüşmə zonasının sakini
22.02.2018, 16:19

Elməddin Muradlı

Səbail rayonu ərazisindəki sürüşmə zonasında – Bayıl yamacında vəziyyət elə də ürəkaçan deyil. Sakinlər bir aydır evlərindən didərgin salınıb, kirayə üçün dünən pul köçürüblər. Amma sakinlər bu puldan imtina edir. Çünki düzgün yanaşma yoxdur. 9 nəfərdən ibarət olan və 5 otaqlı evdə yaşayan ailəyə 250 manat ayırıblar və nəzərə almayıblar ki, həmin 9 nəfər artıq 3 ailə deməkdir. İnsanlar çox şeydən narahatdır. Çünki Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun verdiyi vədlərin çoxu düz çıxmadı. Hadisə ötən ayın 24-də baş vermişdi. İki gün sonra İcra Hakimiyyəti açıqlama yaydı ki, sakinlər qohum evinə, orta məktəbə köçürülüb, bəzilərinə də kirayəpulu verilib. Amma kirayəpulu dünən – hadisədən 28 gün sonra bank hesablarına köçürüldü. Məbləğ az olduğu üçün insanların əksəriyyəti puldan imtina edib.

Şəxsən mənim də ailəm – valideynlərim və iki qardaşım ailəsiylə birgə puldan imtina etdi. 250 manata 9 nəfərin yaşaya biləcəyi kirayə ev tapmaq olmur. Biz o pulu İcra Hakimiyyətinə hədiyyə edirik. Getsinlər, kef çəksinlər... İcra başçısı sakinlərlə sonuncu görüşündə demişdi ki, kirayə üçün minimum 260 manat ödəniləcək. Amma belə olmadı – 200 manatdan başlayıblar, 300 manatda dayanıblar. Başçı deyir ki, sakinlər kirayə köçəndən sonra alimlər ərazidə araşdırma aparacaq, onların verdiyi rəydən sonra evlərin köçürülüb-köçürülməyəcəyi dəqiqləşəcək. Amma başçının müavini Abid müəllim sakinlərlə görüşdə deyib ki, kirayəpulunu alan kimi evləri sökəcəyik. Onun səs yazısı da var. Necə olur, başçı bir söz, müavin başqa söz deyir?

Başçı deyir ki, alimlərin qərarından sonra evlərin taleyi bilinəcək. Amma gecəylə gəlib evlərdən su sayğaclarını söküb aparıblar. Elektrik dirəklərini də sökürlər. İnsanlar narahat olur ki, bunların sözü ilə əməli düz gəlmir, üst-üstə düşmür. Həm də maraqlısı budur ki, indiyədək Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti bu məsələyə çox soyuq yanaşdı. Ya, ərazidə ciddi bir təhlükə yoxdur, ya da İcra Hakimiyyəti ilə sakinləri üz-üzə qoyurlar. İcra Hakimiyyətinin işçisi gəlib sakinlərə deyir ki, evdən çıxın. Kimsə etiraz edirsə, yanındakı polislərə deyir ki, evin qapı-pəncərəsini sındırın, çıxıb getsinlər. 8-ci polis bölməsinin rəisi gəlib sakinləri təhqir edir, düzlən-farağat komandası verir. Deyirlər, ərazidə polis nəzarəti var. Evləri boşaldıblar ki, polislər qoruyacaq. Şəxsən mən neçə dəfə maşınla və piyada gedib o məhəlləni gəzib dolanmışam, bir polis də qarşıma çıxmayıb. Oğru gəlsə çox rahat şəkildə evləri qarət edib aparacaq.

İcra Hakimiyyəti Bayıl yamacındakı evləri gecəqondu adlandırır, guya hamısı bir gecəyə tikilib. Özləri də yaxşı bilir ki, həmin evlər hansı gün tikilib, hansı saatda da tikinti başa çatıb. Hamısına da özləri “xeyir-dua” veriblər. Bunu bağça uşağı da bilir ki, o evlər necə tikilib. Həyətə bir maşın daş gətirəndə bir də görürsən ki, İcra Hakimiyyətinin işçisi də yük maşınıyla birlikdə həyətə girdi. Sonrası da hər kəsə məlumdur. Bu gün həmin adamların mələk donuna girməsi sadəcə olaraq boğazdan yuxarı səmimiyyətdir. O evlərin hər birinin tikintisindən İcra Hakimiyyətinin də, “JEK”in də, bələdiyyənin də, polisin də “ERJU” dedikləri müəssisənin də xəbəri var. Sürüşmənin başlıca şərti sudur. Neçə illərdir Bayıl yamacında içməli və kanalizasiya suları küçəyə, yola axır. Yollar bərbad halda olub həmişə. İki dəfə mən və 2-3 qonşu cibimizin puluyla asfalt tapıb yolu təmir elətdirmişik, asfaltı bərkitmək üçün İcra Hakimiyyətindən “katok” istədik, onu da vermədilər.

Gələk, gecəqondu söhbətinə. O evlər gecəqondu deyil, bəzilərinin beyni, təfəkkürü gecəqondudur. Biz ora Beyləqandan, Ağdaşdan gəlməmişik. Biz məcburi köçkünük. Bakıya kefimizdən gəlmədik, ermənilər elimizi-obamızı yandırdı, işğal etdi. Gəlib 3-4 ay qohum evində yaşadıq. 3 ailə bir qohumun evinə sığınmışdı. Axı qohum evində nə qədər yaşamaq olar? Sonra başladıq ev tikməyə. Rayondan gətirdiyimiz dəyərli şeylərimizi satdıq, mal-qaranı dəyər-dəyməzinə verdik ki, ev tikək. Yenə pulumuz çatmırdı. 1994-cü ilin əvvəli idi, gərgin zamanlar idi. Nəhayət işə başladıq. O vaxt ulu öndər Heydər Əliyev də göstəriş vermişdi ki, məcburi köçkünlərə dəyməyin, harada məskunlaşıblarsa imkan verin qalsınlar. Biz də buna əsaslanıb 2 otaqlı ev tikdik. Orada 6 nəfər bizim ailə, ana babam, ata babam və nənəmlə birlikdə yaşadıq. Amma 12 yaşım olsa da dəqiq bilirəm ki, o vaxt biz o evi bir gecəyə tikmədik. 3 aydan çox vaxt getdi. Çünki imkanımız yox idi. Normalda palçıq qatanda 3-4 “lapatka”dan sonra bir dəfə sement vurulurdu, amma biz 5-6 “lapatka”dan sonra sement vura bilirdik. “Kubik” almağa pulumuz yox idi, ordan-burdan daş yığıb ev tikdik. Pəncərələri sellafonla, kartonla bağladıq, qapımız yox idi, zibillikdən taxta yığıb qapıyabənzər bir şey düzəldib vurduq. Evə 2 ildən sonra “pol” vura bildik. Mən məktəbə gedirdim. Məktəb üçün aldığım şalvar-köynəyi 3 il geyindim ki, bir il evə qapı alacağıq, o biri il pəncərə, növbəti il isə “pol” vuracağıq.

Bir ilə yaxın bizim evdə işıq yanmayıb, qaz olmayıb, odun sobası yandırmışıq, evi neft “lampası” ilə işıqlandırıb dərsimzi də o işıqda oxumuşuq. Bizim düz 2 il yemək yeməyə masamız olmayıb. Yerdə oturub yemək yeyirdik. Biz o evi belə əzab-əziyyətlə tikmişik əziz məmurlar, hörmətli Eldar Əzizov, cənab Artur Rasizadə. Siz ona gecəqondu deyirsiz, amma bizimçün son ümid yeri, isti yuvadır. Siz 250 manat kirayəpulu verib bizə deyirsiniz ki, evdən çıxın, sökək. Biz o evə məbəd kimi baxırıq. Söksəniz ölərik, bizi çöllərdə qoysanız məhv olarıq. Bizi bu dövlətdən, bu hakimiyyətdən incik salmayın.

Bunu istəyirsiniz ki, camaat çıxıb yol bağlasın, üstünə benzin töküb özünü yandırsın, yoxsa oradakı evinə girib özü birlikdə evi də odlayıb külə döndərsin? Nədir axı məqsədiniz? Siz o 250 manat kirayəpulunu Bərdə, İmişli rayonu üçün müəyyən etmisiniz, yoxsa doğrudan da Bakıda 9 nəfərin yaşaya biləcəyi evin kirayə haqqının 250 manat olduğuna inanırsınız? Varsa, göstərin, gedək baxaq. Amma bu mərd camaatı qova-qova namərd etməyin...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“ARB 24”ə yeni direktor təyin olundu
26.09.2018, 14:18

“ARB 24”ə yeni direktor təyin olundu

Ələtdə qəza - sürücü öldü
26.09.2018, 14:12

Ələtdə qəza - sürücü öldü

İranla Böyük Britaniya yaxınlaşır
26.09.2018, 14:11

İranla Böyük Britaniya yaxınlaşır

“Bəzi KİV-lər rəqəmləri səhv salıb” - Parlamentdən AÇIQLAMA
26.09.2018, 13:56

“Bəzi KİV-lər rəqəmləri səhv salıb” - Parlamentdən AÇIQLAMA

UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır   
26.09.2018, 13:52

UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır  

Ceyhun Bayramov onu şöbə müdiri təyin etdi
26.09.2018, 13:33

Ceyhun Bayramov onu şöbə müdiri təyin etdi

Azərbaycanın ilk pullu yolu üçün ŞƏRTLƏR - Qiymət 3-5 manat ola bilər   
26.09.2018, 13:32

Azərbaycanın ilk pullu yolu üçün ŞƏRTLƏR - Qiymət 3-5 manat ola bilər  

“İcbari tibbi sığorta haqqında” Qanun layihəsinin müzakirəsi başlayıb
26.09.2018, 13:29

“İcbari tibbi sığorta haqqında” Qanun layihəsinin müzakirəsi başlayıb

Nazirlikdən hava XƏBƏRDARLIĞI
26.09.2018, 13:20

Nazirlikdən hava XƏBƏRDARLIĞI

ATƏT cəbhədə monitorinq keçirdi
26.09.2018, 13:16

ATƏT cəbhədə monitorinq keçirdi

Türkiyə ordusunun azərbaycanlı polkovniki Məmməd Qazax kim olub?
26.09.2018, 13:10

Türkiyə ordusunun azərbaycanlı polkovniki Məmməd Qazax kim olub?

“Bəzi fırıldaqçılar vergidən yayınmaq üçün “münbit” şərait yaradır” - MÜSAHİBƏ
26.09.2018, 13:03

“Bəzi fırıldaqçılar vergidən yayınmaq üçün “münbit” şərait yaradır” - MÜSAHİBƏ

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin nəticələri AÇIQLANDI
26.09.2018, 12:56

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin nəticələri AÇIQLANDI

Sabahın hava PROQNOZU -  yağış, leysan yağacaq
26.09.2018, 12:54

Sabahın hava PROQNOZU -  yağış, leysan yağacaq

Azərbaycanın baş onkoloqu: ““Toppuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir?” - MÜSAHİBƏ
26.09.2018, 12:52

Azərbaycanın baş onkoloqu: ““Toppuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir?” - MÜSAHİBƏ

Suriya ermənilərinin Laçına köçürülməsi davam edir – Yeni FAKT
26.09.2018, 12:40

Suriya ermənilərinin Laçına köçürülməsi davam edir – Yeni FAKT

Heyvanların peyvəndlənməsi başa çatdı
26.09.2018, 12:30

Heyvanların peyvəndlənməsi başa çatdı

İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ   
26.09.2018, 12:26

İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ  

Azərbaycanda tibbi sığortanın əhəmiyyətindən danışıldı
26.09.2018, 12:21

Azərbaycanda tibbi sığortanın əhəmiyyətindən danışıldı

“Azərişıq” “Azərenerji”yə birləşdirilə bilər - Deputat təklifi DƏSTƏKLƏDİ   
26.09.2018, 12:20

“Azərişıq” “Azərenerji”yə birləşdirilə bilər - Deputat təklifi DƏSTƏKLƏDİ  

MDB ölkələrindən axtarışa verilən terrorçuların SAYI
26.09.2018, 11:58

MDB ölkələrindən axtarışa verilən terrorçuların SAYI

Axtarışda olanlar könüllü polisə təslim oldu
26.09.2018, 11:36

Axtarışda olanlar könüllü polisə təslim oldu

Şəkidə 62 yaşlı kişi itkin düşdü - FOTO
26.09.2018, 11:32

Şəkidə 62 yaşlı kişi itkin düşdü - FOTO

Binəqədi bələdiyyəsinin yeni sədri seçilib
26.09.2018, 11:29

Binəqədi bələdiyyəsinin yeni sədri seçilib

Ərdoğan amerikalı rahib HAQDA: “Mən özüm də bilmirəm”
26.09.2018, 11:25

Ərdoğan amerikalı rahib HAQDA: “Mən özüm də bilmirəm”

“Google Chrome” istifadəçiləri! - DİQQƏT
26.09.2018, 11:18

“Google Chrome” istifadəçiləri! - DİQQƏT

Yaponiya yeni hipersəs bombalar hazırlayır
26.09.2018, 11:17

Yaponiya yeni hipersəs bombalar hazırlayır

Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı AÇIQLANDI
26.09.2018, 11:11

Dünyanı nüvə müharibəsinə aparan ölkələrin adı AÇIQLANDI

Topla söhbət
26.09.2018, 11:05

Topla söhbət

Azərbaycan cırtdan dövlətlə diplomatik əlaqələr qurdu
26.09.2018, 10:51

Azərbaycan cırtdan dövlətlə diplomatik əlaqələr qurdu

Deputat vətəndaşları qəbul edib - FOTO
26.09.2018, 10:47

Deputat vətəndaşları qəbul edib - FOTO

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı
26.09.2018, 10:43

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək   
26.09.2018, 10:35

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək  

“Sosial şəbəkələr boşanmaya səbəb olur”
26.09.2018, 10:29

“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Putinin Ermənistana səfər tarixi məlum oldu
26.09.2018, 10:22

Putinin Ermənistana səfər tarixi məlum oldu

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO
26.09.2018, 10:18

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ
26.09.2018, 10:10

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb
26.09.2018, 10:08

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub
26.09.2018, 09:55

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”
26.09.2018, 09:50

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”

“Azerspace-2” orbitə buraxıldı - VİDEO
26.09.2018, 09:47

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Xəzər dənizində zəlzələ olub
26.09.2018, 09:40

Xəzər dənizində zəlzələ olub

Cəbhədə şiddətli atışma oldu
26.09.2018, 09:39

Cəbhədə şiddətli atışma oldu

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ
26.09.2018, 09:38

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR
26.09.2018, 09:37

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26.09.2018, 09:33

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

Putin Bakıya sabah gəlir 
26.09.2018, 09:28

Putin Bakıya sabah gəlir 

Mehriban Əliyeva: “Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq”
26.09.2018, 08:52

Mehriban Əliyeva:Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər
26.09.2018, 08:32

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
26.09.2018, 07:54

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ARXİV