Modern.az

Kooperasiya Universitetində Xocalı qurbanları anıldı

Kooperasiya Universitetində Xocalı qurbanları anıldı

22 Fevral 2018, 16:32

Fevralın 22-də Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

 

Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.” Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. XX əsrin ən amansız, xüsusi qəddarlıqla həyata keçirilmiş faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir".
F.Quliyev məlumat verdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi.

 

Ermənistanın törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi hələ də beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Tədbirdə universitetin Mühasibat uçotu və sənayenin təşkili fakültəsinin dekanı Nizami Qafarov, Ekspertiza və əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, Marketinq və menecment fakültəsinin I kurs tələbələri Eltac Məmmədov, Rza Mirzəzadə və Ekspertiza və texnologiya fakültəsinin tələbəsi Kənan Dadaşov çıxış edərək bildirdilər ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Vurğulandı ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində erməni terrorçularının xalqımızın başına gətirdikləri məkrli əməllər dünya ictimaiyyətinin diqqətinə çatdırılır, bu faciənin layiqli hüquqi qiymətini tapması məqsədilə böyük işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası dünya ictimaiyyətinin faciə ilə bağlı məlumatlandırılmasında mühüm əhəmiyyət kəsb edir.
Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Xocalı qətliamı" adlı film nümayiş olundu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi