Modern.az

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

22 Fevral 2018, 18:07

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə növbəti əməliyyat tədbiri keçirilib.

 

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan virtualaz.org saytının yerli bürosuna verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunaraq yenicə azadlığa çıxan Sumqayıt şəhər sakini Elvin Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan bükümdə narkotik vasitə - ümumi çəkisi 30.176 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı