Modern.az

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir

22 Fevral 2018, 19:56

Bakıda Küveytin Müstəqillik Gününün 57-ci, işğaldan azad olunmasının 27-ci ildönümü qeyd edilib. Modern.az xəbər verir ki, tədbirə hökümət nümayəndələri, diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri qatılıb. Tədbirdə çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi deyib ki, son illərdə Azərbaycan-Küveyt əlaqələrində nəzərəçarpacaq inkişaf olub və bu bir daha ölkə rəhbərlərinin əlaqələri inkişaf etdirmək əzmində olduqlarının sübutudur: "Ölkələrimiz arasında imzalanmış sazişlər ticarət,  investisiya, turizm sahəsində səmərəli əməkdaşlığın təməlini qoyur. Ötən il Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib. Bu, 2016-ci ilin göstəricisi ilə müqayisədə 9 dəfə çoxdur".

 

Səfir onu da qeyd edib ki, Küveyt İraqın yenidən qurulması üçün Bağdada 2 milyard dollar maddi yardım etməyi üzərinə götürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır