19 iyun 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb
Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb
22.02.2018, 20:42

Bu gün Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, iclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.

 

Komissiyanın iclasında Azərbaycan ilə Misir arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, ticarət, sənaye, investisiya, rabitə və informasiya texnologiyaları, enerji, turizm, kənd təsərrüfatı, suvarma, ətraf mühit, təhsil, səhiyyə və əczaçılıq, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

 

Ş. Mustafayev qeyd edib ki, iki ölkə arasında 27 il əvvəl qurulmuş əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir: “Azərbaycan-Misir əməkdaşlığının genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Misirə səfərləri mühüm əhəmiyyət kəsb edir”.

 

Ş. Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Misir tərəfinə təşəkkür edib, Misirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulmasının bu qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

 

Diqqətə çatdırılıb ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir: “Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və 2017-ci ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50% artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda ümummilli lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər”.

 

İclasda Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr - Bakı-Tbilisi- Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə də məlumat verib.

 

Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Müştərək Komissiyanın həmsədri Sahar Nasr Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Sahar Nasr əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də Misir iqtisadiyyatı barədə də məlumat verib.

 

İclas çərçivəsində Süveyş Kanalı İqtisadi Zonasına, Misirin və Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.

 

Tədbirin sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr imzalayıb. Sənəd ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə xidmətləri, kommunikasiya və informasiya texnologiyaları, enerji, mədəniyyət və turizm, kənd təsərrüfatı, suvarma, idman və gənclər, elm və təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığı əhatə edir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
19.06.2018, 12:31

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Dünyada qaçqınların sayı rekord həddə çatıb
19.06.2018, 12:20

Dünyada qaçqınların sayı rekord həddə çatıb

Azərbaycanda qızıl mağazası qarət edildi
19.06.2018, 12:05

Azərbaycanda qızıl mağazası qarət edildi

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”
19.06.2018, 11:48

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq
19.06.2018, 11:38

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...
19.06.2018, 11:24

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı
19.06.2018, 11:19

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı

Ərdoğanın populyarlığı azalır – Qərbdən XƏBƏRDARLIQ
19.06.2018, 11:01

Ərdoğanın populyarlığı azalır – Qərbdən XƏBƏRDARLIQ

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
19.06.2018, 10:55

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu
19.06.2018, 10:49

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB
19.06.2018, 10:34

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Paytaxtda daha bir YANĞIN
19.06.2018, 10:25

Paytaxtda daha bir YANĞIN

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu
19.06.2018, 10:14

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu

Azərbaycanda rektor vəfat edib
19.06.2018, 10:10

Azərbaycanda rektor vəfat edib

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı
19.06.2018, 10:02

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı

1,8 kiloqram marixuana satarkən yaxalandı
19.06.2018, 10:02

1,8 kiloqram marixuana satarkən yaxalandı

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA    
19.06.2018, 09:59

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA  

Mübariz İbrahimovun anım günüdür
19.06.2018, 09:51

Mübariz İbrahimovun anım günüdür

Tramp Çini 200 milyard dollar ziyana salacaq
19.06.2018, 09:41

Tramp Çini 200 milyard dollar ziyana salacaq

Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək   
19.06.2018, 09:37

Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək  

Neft ucuzlaşır
19.06.2018, 09:21

Neft ucuzlaşır

Yevlaxda 16 yaşlı oğlan çayda batıb
19.06.2018, 09:08

Yevlaxda 16 yaşlı oğlan çayda batıb

Kim Çen In Çinə səfərə gəlib
19.06.2018, 08:57

Kim Çen In Çinə səfərə gəlib

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı
19.06.2018, 01:00

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı

Şamaxıda qohumlar arasında kütləvi dava ...
19.06.2018, 00:46

Şamaxıda qohumlar arasında kütləvi dava ...

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü
19.06.2018, 00:34

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018, 00:16

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi
18.06.2018, 23:56

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

İsveçdə silahlı insident
18.06.2018, 23:33

İsveçdə silahlı insident

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18.06.2018, 23:01

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

Azərbaycan 144 ölkədən mal idxal edib
18.06.2018, 22:44

Azərbaycan 144 ölkədən mal idxal edib

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO   
18.06.2018, 22:31

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO  

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...
18.06.2018, 22:14

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO
18.06.2018, 21:56

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub
18.06.2018, 21:42

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(17.2%)
Braziliya(19.3%)
Almaniya(13.9%)
İngiltərə(5.37%)
Portuqaliya(13.9%)
İspaniya(4.30%)
Fransa(4.30%)
Belçika(1.07%)
Seneqal(2.15%)
Rusiya(18.2%)