Modern.az

Rusiyada terror aktının qarşısı alınıb

Rusiyada terror aktının qarşısı alınıb

22 Fevral 2018, 21:22

Rusiyada terror aktının qarşısı alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısını alıb. 

FTX-nin məlumatına görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə  hücumlar törətməyi  planlaşdırırmış. 

 

FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi