Modern.az

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib

Aktual

22 Fevral 2018, 21:50

ABŞ səfirliyi "“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinə " İnsan Haqları üçün Hüquqi Yardım və Təhsil" adlı layihənin həyata keçirilməsi üçün dəstək göstərib. Modern.az xəbər verir ki, layihə çərçivəsində regionlarda əlilliyi olan şəxslərə pulsuz hüquqi yardım göstərilib. Layihə 6 ay ərzində Ağsu, Cəlilabad, Salyan və Bakıda həyata keçirilib. Layihənin məqsədi hər bir regionda 15-20 nəfəri əmək qanunvericiliyi, əlilliyi olan şəxslərlə bağlı qanunlar, təhsil hüquqları və s. haqqında hüquqi yardım və biliklə təmin etmək idi. 2017-ci ilin mayında başlayan layihə, tam təlim kursu və fərdi məsləhətləşmə sessiyaları vasitəsilə öz hüquqlarını öyrənmiş 200 nəfərdən ibarət idi. Tədbirin yekunu ilə bağlı tədbirdə  ABŞ səfirliyinin nümayəndələri, jurnalistlər, QHT rəhbərləri və əlilliyi olan insanlar iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür