Modern.az

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı

22 Fevral 2018, 22:36

Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib. Modern.az xarici mediaya istinadən  xəbər verir ki, qətnamənin lehinə türklərdən ibarət DENK  partiyasından başqa parlamentdə təmsil olunan digər siyasi blok və partiyalar səs verib.

 

Qərara görə, bundan sonra Hollandiya hökuməti 1915-ci il olaylarını soyqırımı olaraq tanıyacaq. Həmçinin hər il aprelin 24-də qondarma soyqırımla bağlı İrəvanda keçirilən tədbirlərə də Hollandiyadan nümayəndə heyəti göndəriləcək.

 

Qeyd edək ki, bir həftə öncə Hollandiya parlamentinin alt palatası qondarma erməni soyqırımı ilə bağlı qətnaməni səs çoxluğu ilə qəbul etmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu