Modern.az

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı

23 Fevral 2018, 00:20

Türkiyə Silahlı Qüvvələri  terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Afrin şəhərindəki PKK/PYD döyüşçülərinə hərbi sursat daşıyan Əsəd rejiminə məxsus hərbi kortej Türkiyə Silahlı Qüvvələri tərəfindən hədəf alınıb.

 

Məlumata görə, hücum zamanı Ziyara məntəqəsində olan kortejdəki hərbi texnikalar və müxtəlif yardım ləvazimatları tamamilə məhv edilib.

 

Bundan əlavə, Əsəd qüvvələrinin də “Qrad” raketləri ilə türk ordusuna qarşılıq verdiyi vurğulanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi