Modern.az

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

23 Fevral 2018, 00:45

Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, İ.Bliznyük  Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə  kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir. Məlumata görə, səfirlik ilə sıx əlaqəsi olan Bliznyuk güc strukturlarının əməkdaşları üçün təhsil proqramlarının təşkili məqsədi ilə mütəmadi olaraq Rusiyaya səfər edib. Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb. 

Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir ildən çox davam edib. 

“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.  

 

KİV-lərin məlumatına görə, qeyd olunan narkotrafiklə həmçinin Əli Abyanov adlı səfirliyin mühasibi də əlaqəli olub. Məhz onun narkotiklə dolu çamadanları səfirliyin kollecinə gətirdiyi bildirilir.  Mütəşəkkil cinayətkar qrupun rəhbəri olduğu ehtimal edilən şərti adı “Mister K” olan daha bir şəxs istintaqdan yayınıb.    

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi  müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi