Modern.az

Beyləqanda ağır yol qəzası: 2 nəfər öldü

Beyləqanda ağır yol qəzası: 2 nəfər öldü

Aktual

23 Fevral 2018, 09:22

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması baradə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!