Modern.az

Baş nazir müavini məşuqəsinə görə istefa verdi

Baş nazir müavini məşuqəsinə görə istefa verdi

Aktual

23 Fevral 2018, 09:53

Avstraliyanın baş nazir müavini və Milli Partiyanın lideri Barnabi Coys istefaya getməsi barədə bəyan edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında tutduğu hər iki məsul vəzifədən istefa etdiyini bildirib. B.Coys bununla belə, Nümayəndələr Palatasında fəaliyyətini davam etdirəcəyini deyib.

 

Qeyd edək ki, baş nazir müavininin istefa verməsinə səbəb isə həyat yoldaşı ilə boşanmasını rəsmiləşdirmədən kənarda məşuqə ilə görüşməsi olub.

 

Bildirilir ki, 4 qız atası B.Coysun məşuqəsu də hamilədir və gələcək uşağın atası odur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!