25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR
Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR +
23.02.2018, 14:58

Fevralın 22-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Sarayevo Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans  keçirilib. Konfransa həm də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideyni qətlə yetirilmiş uşaqların acı xatirələrindən bəhs edən Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az xəbər portalının rəhbəri Elşad Eyvazlının müəllifi, Milli Məclisin deputatı Cavanşir Feyziyevin məsləhətçisi olduğu və boşnak dilinə tərcümə edilmiş "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.



Konfransda Azərbaycan və Bosniya və Herseqovinadan millət vəkilləri, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.



Konfrans iştirakçıları  əvvəlcə bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.



Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe, kitabın müəllifi Elşad Eyvazlı, millət vəkili, Azərbaycan – Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik Beynəlxalq Universitetinin professoru Sabahudin Hadjialiç, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki valideynini itirmiş Səbinə MəhərrəmovaMurad Hüseynov tədbirdə çıxış ediblər.


Çıxış edənlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıq və amansızlıqla öldürüldüyünü, bir qisminin ağır yaralandığını, girov götürülüb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıblar. O da vurğulanıb ki, Xocalıda törədilən həmin cinayətlər Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsidir. Eyni zamanda bunun arxasında azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.


Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov çıxışında “Xocalıya Ədalət” kampaniyasının 10-cü ildönümü çərçivəsində təşkil edilmiş konfrans iştirakçılarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini abidələrinin  məhv edilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin 26 fevral tarixində, məhz Xocalı soyqırımı törədilən gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlanan qətnamənin qəbulunu minnətdarlıqla xatırlayıb.



O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Çıxışı zamanı, səfir, Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən "Böyüməyən uşaqlar” kitabı haqqında da danışıb. Eldar Həsənov kitabın müəllifinin həmin uşaqların yaşadıqları açı taleləri peşəkarlıqla qələmə almasını, erməni vandalizminin, eləcə də ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətlərin soyqırımı qurbanlarının öz dili ilə oxuculara çatdırmaq bacarığını xüsusilə qeyd edib.


Diplomat “Xocalıya Ədalət” kampaniyası çərçivəsində soyqırımının tanıdılması üçün dünya səviyyəsində böyük işlər görüldüyünü vurğulayıb.


Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə çıxışı zamanı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadığını bildirib. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası münasibətlərə diqqət yetirən millət vəkili Ç.Qənizadə Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatası tərəfindən Xocalı soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə qətnamənin qəbul olunmasını Xocalıda törədilən  kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə və bu faciənin dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.




Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdiyi cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda diplomatik immunitet arxasında gizləndiyini bildirib. Xocalı soyqırımının bir sıra ölkələrin qanunverici orqanı, habelə ABŞ-ın çoxlu sayda ştatı tərəfindən tanındığını deyən professor T.E.Türe, Azərbaycan xalqına və hökumətinə dəstək göstərilməsinə çağırış edib.


Elşad Eyvazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarının əlində olan "Böyüməyən uşaqlar” kitabının bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dilinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim kimi bilən, bizim kimi dadan bosniyalılara öz boşnak dilində təqdim olunduğunu bildirib. Sonra E.Eyvazlı “Böyüməyən uşaqlar” kitabının necə yarandığı barədə danışıb. Çıxışının sonunda E.Eyvazlı 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində bosniyalıların qətlə yetirilməsi ilə həyata keçirilən soyqırımı aktı zamanı hər iki valideyni öldürülən insanlarla bağlı da bir kitab yazmaq istəyində olduğunu bildirib.


S.Hadjialiç çıxışında Azərbaycan xalqının yaşadığı acı hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi vaxtda sivil dünyanın harada olduğunu sual edib. “Böyüməyən uşaqlar” kitabını oxuyarkən, hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olduğunu deyən professor S.Hadjialiç, həmin uşaqların sanki böyümək şansı olmadığını, hər bir acı xatirənin can ağrısı verdiyini bildirib.
Sonra S.Hadjialiç kitabdan sitat gətirərək, bir çıxarışa qulaq asmağı təklif edib: “Ata yox, ana yox. Biz uşaq ola bilmədik... Uşaq o kəsə deyirlər ki, valideyn nəvazişi görsün. Nə isə... Doğrusunu söyləyəcəyəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq ki... Ədalətlə dərdləşirdik. Deyirik, kaş atamız, anamız sağ olaydı, biz dilənib onları saxlayaydıq”.


Öz fikirlərini bölüşən Edin Halapiç,Xocalıda hər iki valideynini itirmiş uşaqların etirafları ilə tanış olarkən, onların acı xatirələrinin ona çox təsir etdiyini, sitatlar gətirərək, şahidlərin ifadələrindəki mesajların kitabın qeyr-adi olduğunu göstərdiyini bildirib. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhalinin qətlə yetirilməsi barədə şahid-sübutlar əks olunmuş bu kitabın faciənin soyqırımı kimi qəbul olunması üçün dəlil olduğunu hesab edən E.Halapiç, müəllifin bu istiqamətdəki səylərini yüksək qiymətləndirib və “Böyüməyən uşaqlar” kitabını böyük auditoriyaya və soyqırımını öyrənən tədqiqatçılara tövsiyə edib. 


Azərbaycandan gəlmiş Səbinə Məhərrəmova və Murad Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən həmin dəhşətli gecə Xocalıda yaşadıqları acı xatirələri bölüşüblər. 

 


Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər iki valideyni qətlə yetirilmiş uşaqların dünya xalqlarına müraciəti oxunub.


Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad ediblər.




Həmçinin, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil edilib, “J-Connect” təşkilatı tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” və Elşad Eyvazlının "Böyüməyən uşaqlar" adlı sənədli filmləri nümayiş olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tanınmış aparıcıya ağır itki
25.06.2018, 00:46

Tanınmış aparıcıya ağır itki

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü
25.06.2018, 00:27

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi
25.06.2018, 00:06

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...
24.06.2018, 23:46

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”
24.06.2018, 23:29

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB
24.06.2018, 23:11

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi
24.06.2018, 23:03

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi

PJAK-ın hücumunda azərbaycanlı öldü
24.06.2018, 22:34

PJAK-ın hücumunda azərbaycanlı öldü

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB
24.06.2018, 22:21

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Rusiya səmasında meteorit partladı - VİDEO
24.06.2018, 22:11

Rusiya səmasında meteorit partladı - VİDEO

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi
24.06.2018, 21:38

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi

Şəkidə zəlzələ oldu
24.06.2018, 21:17

Şəkidə zəlzələ oldu

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı
24.06.2018, 21:03

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib
24.06.2018, 20:45

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR
24.06.2018, 20:19

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər   
24.06.2018, 20:04

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər  

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı
24.06.2018, 19:41

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.0%)
Braziliya(24.1%)
Almaniya(10.6%)
İngiltərə(2.32%)
Portuqaliya(12.0%)
İspaniya(5.58%)
Fransa(4.65%)
Belçika(2.32%)
Seneqal(3.72%)
Rusiya(22.3%)