Modern.az

Arif Əsgərovun qohumuna hökm oxunub

Arif Əsgərovun qohumuna hökm oxunub

23 Fevral 2018, 10:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynov son söz deyib. O bildirib ki, niyyəti aldatmaq olmayıb, iş məqsədi ilə pul alıb, lakin pul batıb: "Pulun bir hissəsini qaytarmışam. Azyaşlı uşağımı nəzərə alın".

 

Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olması və vurulan ziyanının bir hissəsini ödəməsi yüngülləşdirici hal kimi qiymətləndirilib və ona 9 illik həbs cəzası verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı