Modern.az

Bakıda 1 yaşlı uşağın qarnına mil batdı - FOTO  

Bakıda 1 yaşlı uşağın qarnına mil batdı - FOTO   

Aktual

23 Fevral 2018, 11:15

Bakıda1 yaşında uşaq toxumaq üçün istifadə olunan milin üstünə yıxılıb və nəticədə daxili qanaxma başlayıb.

Bu barədə Modern.az-a danışan Op.Dr. Fuad Hüseynov hadisədən dərhal sonra ailənin həkimə müraciət etdiyini deyib:

“Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı. Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük . Mili çıxartdıq, bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq”.

Həkimin sözlərinə görə, dəcəl bala 2 gün sonra tam sağlam şəkildə evinə yola salınıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir