19 iyun 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Allahşükür Paşazadə Vyanaya gedir
Allahşükür Paşazadə Vyanaya gedir
23.02.2018, 11:32

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 26 fevral-2 mart tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Səfər QMİ sədrinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən Vyana şəhərində 26-27 fevral tarixlərində təşkil olunan «Sülh üçün dinlərarası dialoq: Sülh içində birgə yaşayış və birgə vətəndaşlığı inkişaf etdirmək» mövzusunda Yüksək Səviyyəli Foruma, habelə KAİCİİD idarəetmə orqanlarının 28 fevral - 1 mart tarixlərində keçiriləcək növbəti iclaslarına Təşkilatın yeni seçilmiş üzvü olaraq aldığı dəvət əsasında həyata keçirilir.

Modern.az xəbər verir ki, forum və görüşlərdə Beynəlxalq Mərkəzin Direktorlar Şurası və Məşvərət forumunun üzvləri ilə yanaşı dünyanın əsas ənənəvi dinlərini təmsil edən din xadimləri, eləcə də elm, mədəniyyət və ictimai xadimlər, habelə siyasətçilərdən ibarət 200-dən çox tanınmış şəxsiyyət iştirak edəcəkdir. Görüşün qonaqları qismində BMT Sivilizasiyalar Alyansı Yüksək Nümayəndəsi Naser Əl Nassir, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif Əl Üseymin, Vatikanın Dinlərarası Dialoq üzrə Papa şurasının sədri Kardinal Jan Lui Toran, Ekumenik Patriarx Varfolomey, Avropa, Afrika və Yaxın Şərqdən bir çox katolik və pravoslav patriarxları və onların yüksək nümayəndələri, ərəb və müsəlman ölkələrinin baş müftiləri, nüfuzlu yəhudi ravvinləri, buddist və hinduist dini rəhbərlər iştirak edəcək.

Fevralın 28-də dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun növbəti illik iclası keçiriləcək. Bu Forumun üzvləri Direktorlar şurası tərəfindən təyin olunur. İclas Şura üzvlərinin iştirakı ilə keçiriləcək. Martın 1-də  Qafqaz Müsəlmanları İdarəsinin sədri A. Paşazadənin də daxil olduğu 9 nəfərdən ibarət Direktorlar şurasının toplantısı Mərkəzin bundan sonrakı iş planını və strategiyasını tərtib edəcək.

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitə, 25 ölkədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.

Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyada qaçqınların sayı rekord həddə çatıb
19.06.2018, 12:20

Dünyada qaçqınların sayı rekord həddə çatıb

Azərbaycanda qızıl mağazası qarət edildi
19.06.2018, 12:05

Azərbaycanda qızıl mağazası qarət edildi

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”
19.06.2018, 11:48

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq
19.06.2018, 11:38

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...
19.06.2018, 11:24

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı
19.06.2018, 11:19

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı

Ərdoğanın populyarlığı azalır – Qərbdən XƏBƏRDARLIQ
19.06.2018, 11:01

Ərdoğanın populyarlığı azalır – Qərbdən XƏBƏRDARLIQ

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
19.06.2018, 10:55

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu
19.06.2018, 10:49

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB
19.06.2018, 10:34

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Paytaxtda daha bir YANĞIN
19.06.2018, 10:25

Paytaxtda daha bir YANĞIN

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu
19.06.2018, 10:14

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu

Azərbaycanda rektor vəfat edib
19.06.2018, 10:10

Azərbaycanda rektor vəfat edib

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı
19.06.2018, 10:02

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı

1,8 kiloqram marixuana satarkən yaxalandı
19.06.2018, 10:02

1,8 kiloqram marixuana satarkən yaxalandı

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA    
19.06.2018, 09:59

Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq - PÜŞKATMA  

Mübariz İbrahimovun anım günüdür
19.06.2018, 09:51

Mübariz İbrahimovun anım günüdür

Tramp Çini 200 milyard dollar ziyana salacaq
19.06.2018, 09:41

Tramp Çini 200 milyard dollar ziyana salacaq

Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək   
19.06.2018, 09:37

Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək  

Neft ucuzlaşır
19.06.2018, 09:21

Neft ucuzlaşır

Yevlaxda 16 yaşlı oğlan çayda batıb
19.06.2018, 09:08

Yevlaxda 16 yaşlı oğlan çayda batıb

Kim Çen In Çinə səfərə gəlib
19.06.2018, 08:57

Kim Çen In Çinə səfərə gəlib

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı
19.06.2018, 01:00

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı

Şamaxıda qohumlar arasında kütləvi dava ...
19.06.2018, 00:46

Şamaxıda qohumlar arasında kütləvi dava ...

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü
19.06.2018, 00:34

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018, 00:16

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi
18.06.2018, 23:56

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

İsveçdə silahlı insident
18.06.2018, 23:33

İsveçdə silahlı insident

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18.06.2018, 23:01

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

Azərbaycan 144 ölkədən mal idxal edib
18.06.2018, 22:44

Azərbaycan 144 ölkədən mal idxal edib

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO   
18.06.2018, 22:31

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO  

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...
18.06.2018, 22:14

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO
18.06.2018, 21:56

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub
18.06.2018, 21:42

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

Yeni icra başçısının DOSYESİ açıqlandı
18.06.2018, 21:42

Yeni icra başçısının DOSYESİ açıqlandı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(17.2%)
Braziliya(19.3%)
Almaniya(13.9%)
İngiltərə(5.37%)
Portuqaliya(13.9%)
İspaniya(4.30%)
Fransa(4.30%)
Belçika(1.07%)
Seneqal(2.15%)
Rusiya(18.2%)