Modern.az

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”  

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”   

23 Fevral 2018, 13:51

“Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklər çox mühüm və aktualdır. Yəni 1-ci, əsas anlayışlar maddəsinə, piyadalar sözünün əlavə edilməsi. Çünki bilirik ki, bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Elmira Axundova “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, bu günlərdə Əfv komissiyasının iclası keçirilib və orada baxılan ərizələrin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnmiş yol qəzalarına aid müraciətlərdir:

“Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və yadaha çox ailə birdən-birə bədbəxt olur onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir.

İkinci tərəfdən bu dəyişikliklərdə müsbət məqamyük avtomobillərinin və avtobusların nəzarət qurğusu “taxoqraf” haqqındadır. Bu da çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq. Bir məsələni də nəzərinizə çatdırım, “Yol hərəkəti haqqında” qanuna bir mühüm dəyişiklik etmək də yerinə düşərdi. Bildiyimiz kimi son zamanlar, yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır. Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişin daşıma şirkətlərininmarşurutlarını idarə edənşəxslərbəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər. Məncə belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir.

Bununla əlaqədar “Yol hərəkəti haqqında” qanuna xüsusi dəyişiklik də edə bilərik. Eyni zamanda sərnişinlər tərəfindən sürücülərə qarşı edilən kobudluq və zorakılıq aktları da çoxalmaqdadır, biz efirdən və mətbuatdan tez-tez belə halların şahidi oluruq. Bu barədə də «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası qanununun 32-ci, “Sərnişinlərin əsas vəzifələri” maddəsində boşluqlar var və bu maddəyə mütləq belə halların aradan qaldırılması üçün sərnişinlərin davranış qaydaları haqqında bir sıra əlavələr olunmalıdır.

Ümumiyyətlə isə bu gün edilən dəyişiklikləri mən yüksək qiymətləndirirəm və onun lehinə səs verəcəm”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi