Modern.az

Ziyafət Əsgərov qanun layihəsinə etiraz etdi: “Bunu necə başa düşək?”

Ziyafət Əsgərov qanun layihəsinə etiraz etdi: “Bunu necə başa düşək?”

23 Fevral 2018, 14:31

“Bu anlaşılmazlıq həll edilməsə “Standartlaşdırma haqqında” qanunun layihəsinin tətbiqi şübhə altında olacaq”.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisdə “Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

 

O qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var.

 

“Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlarda tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib. Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması göstərilir. Bunu necə başa düşək? Mən xahiş edirəm ki, Ziyad Səmədzadə bununla bağlı izahat versin. Bu məsələ həll edilməsə qanun layihəsinin tətbiqi şübhə altında qalacaq”.

 

Spiker Oqtay Əsədov isə bildirib ki, müzakirə zamanı bəzi deputatlar müxtəlif təkliflər səsləndirir.

“Mən qeyd etdim ki, qanun layihəsi birinci oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli olmalıdır. Ziyafət müəllim konseptual yanaşmanın necə olduğunu göstərdi”.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, Ziyafət Əsgərovun qaldırdığı məsələ komitənin müzakirəsi zamanı da səsləndirilib.

 

“Qeyd edim ki, Ziyafət müəllimin bəhs etdiyi  4.2.8-ci maddədə də normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd edilib”.

 

Deputat əlavə edib ki, qanun layihəsi dövlətin istehsalatı deyil, bazarı tənzimləməsini əsas götürür.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir