Modern.az

Kadırov Stalinin goruna söydü

Kadırov Stalinin goruna söydü

Dünya

23 Fevral 2018, 17:59

Çeçeristan lideri Ramzan Kadırov İosif Stalinə lənət oxuyub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 1944-cü ildə inquş və çeçen xalqlarının deportasiyasını yada salan Kadırov bunu Stalinin çeçenlərə qarşı ən böyük cinayəti adlandırıb.

“Tarixdə çeçen xalqına qarşı çoxlu hücumlar olub. Amma bu hücumların heç biri Stalinin (Allah ona lənət eləsin) repressiyaları ilə eyni ola bilməz”.

 

O, sürgün olunan insanların çoxunun aclıq və xəstəlikdən öldüyünü xatırlayıb və yalnız Allaha inamları sayəsində sağ qaldıqlarını deyib.

1944-cü il fevralın 23-də İosif Stalinin göstərişi ilə çeçen və inquş xalqları antisovet fəaliyyətlərinə görə Mərkəzi Asiyaya sürgün edilmişdilər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!