Modern.az

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

23 Fevral 2018, 18:18

2016-cı ildən tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə transfer.edu.az portalı istifadəyə verilib. Tələbələr bu portal vasitəsi ilə çox asan və rahatlıqla köçürülmə imkanı əldə edirlər.

 

Cari ildə bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.

 

Portal vasitəsilə köçürülən tələbələrin təəssüratlarını təqdim edirik:

“Təhsil aldığım yer Nyu Yorkda yerləşən “Kingsborough Community College” idi. Ailə vəziyyətimə görə təhsilimi Azərbaycanda davam etdirməli oldum. Bu səbəbdən transfer.edu.az portalından istifadə etdim. Olduqca rahat və şəffaf bir sistemin olması məni çox sevindirdi. Bundan sona təhsilimi Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə davam etdirəcəyəm. Tələbələr üçün yaradılan bu şəraitə görə təşəkkür edirəm”.

 

“Mənim fikrimcə, transfer.edu az portalı vasitəsilə tələbə köçürülməsi Azərbaycanda ən böyük tələbə layihəsidir. Həm də uğurlu və şəffafdır. Təsəvvür edin, kimsə universitetə qəbul olur və öz sevdiyi, arzuladığı ixtisasa qəbul olmur. Anaq indi cəmi iki sənəd yükləməklə köçürülmə işini həyata keçirmək olur. Mən magistratura səviyyəsində təhsil alıram. Bu portaldan istifadə etməklə universitetimi dəyişdim”.

“Sumqayıt Dövlət Universitetində tarix müəllimi ixtisası üzrə təhsil alırdım. Gəncə Dövlət Universitetinə köçürüldüm. Sistem təsəvvür edəcəyimdən də artıq rahat və şəffafdır. Bu sistemin tələbələr üçün yaradılan ən yaxşı imkandır”.

“Azərbaycan Tibb Universitetində Tibbi profilaktika ixtisası üzrə 3-cü kursda təhsil alıram. Lakin istəyim müalicə profilaktikası fakültəsi idi, cərrah olmaq istəyirəm. Qəbul zamanı kodlaşdırmada etdiyim kiçik bir səhv məni sevmədiyim ixtisas üzrə təhsil almağa məcbur etmişdi. Amma bu gün transfer vasitəsi ilə arzuladığım ixtisasda təhsil alacam. Buna görə olduqca sevincliyəm”.

 

“Bakı Slavyan Universitetində ingilis dili üzrə təhsil alırdım. Yaşayış yerim və maddi cəhətdən mənə Gəncədə təhsil almaq daha rahat olduğu üçün köçürülmək istədim. Sistemin elektron olması onun şəffaflığına bir daha zəmin yaradır. Heç kimlə görüşmədən, fərdi qaydada qeydiyyatdan keçdik. Vaxtımız getmədi, ən əsası isə heç bir məbləğ ödəmədik”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI