Modern.az

İnternetdə Azərbaycan dilindən istifadənin vəziyyəti necədir?

İnternetdə Azərbaycan dilindən istifadənin vəziyyəti necədir?

Qarabağ

25 Noyabr 2009, 16:00

Noyabrın 25-də Atatürk Mərkəzində Azərbaycan İnternet Forumu  (AİF) “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda dəyirmi masa keçirib.

Modern.az xəbər verir ki, AİF prezidenti Osman Gündüz son dövrlərdə müasir Azərbaycan dilində  İKT ilə əlaqəli xeyli yeni sözlərin əmələ gəldiyini və bu sözlüklərin də böyük əksəriyyətinin orfoqrafiyada öz əksini tapmadığını bildirib.  Tədbirdə ekspertlər Firudin Əhmədovun  “İKT və Azərbaycan dilinin istifadəsi problemləri”, Vahid Qasımov   “İnternetdə Azərbaycan dilindən istifadənin vəziyyəti” mövzularında çıxış ediblər. Hər iki təqdimatda ölkədə İKT sahəsində, o cümlədən İnternetdə Azərbaycan dilinin tətbiqi ilə bağlı vəziyyət araşdırılıb və bu prosesin daha səmərəli və effektiv qurulması üçün təkliflər irəli sürülüb.

Dövlət qurumlarının, təhsil və elm sahəsinin, ictimai sektorun təmsilçilərinin, müstəqil ekspertlərin iştirak etdiyi dəyirmi  masada İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsin istiqamətində müzakirələr aparılıb.

Müzakirələrdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Neft Akademiyasının kafedra müdiri Sabit Kərimov, ekspert Azər Həsrət, Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, Dilmanc Layihəsinin nümayəndəsi Rauf Fətullayev, Milli Məclisin İKT sektorunun nümayəndəsi Ceyhun Əliyev, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri  Əli Kərim, professor Qulu Məhərrəmli, “Microsoft-Azərbaycan” şirkətinin nümayəndəsi Emin Axundov , İqtisad Universitetinin müəllimi Mətləb Əlizadə, dilçi Xanım Qasımova və digərləri çıxış ediblər.

Müzakirələr  zamanı  ölkədə Azərbaycan dilinin İKT sahəsində tətbiqi ilə  bağlı konseptual və konkret məqamlar üzərində dayanılıb. İKT  terminləri üzrə vahid standartların yaradılmasının zəruriliyi vurğunlanıb. Azərbaycan dilinə aid İnternet resursların yaradılmasının vacibliyi bildirilib. Azərbaycan dilindən istifadə ilə  bağlı İnternetdə xüsusi Portalın, həmçinin  dil üzrə onlayn “Təcili yardım” xidmətinin yaradılması təklifi irəli sürülüb. Yeni lüğətlərin yaradılmasının vacibliyi, mövcud lüğətlərin isə elektron formaya keçiriləcəyi bildirilib.

Çıxış edənlər  bu tip ictimai müzakirələrin xeyli faydalı olduğunu  və bunun davam etdirilməsinin vacibliyini  qeyd ediblər. Dilçilik İnstitutu tərəfindən bu sahədə xeyli görüləcək işlərin olduğu xüsusilə diqqətə çatdırılıb.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir