Modern.az

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN

Aktual

23 Fevral 2018, 22:27

“Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışını “Trend”ə şərh edərkən bildirib.

 

H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər nazirinin nağıllara müraciət etməsi təəccüblü deyil: "Çünki Ermənistanın mifik nağıllar dünyası əsasında özünə reallıq qurması heç kimə sirr deyil. Ermənistanın iddia etdiyi məntiqsizlik ancaq nağıllarla izah edilə bilər. Seçkiqabağı dövrdə Ermənistan rəhbərliyinin bu kimi nağılbazlığı yalnız daxili istehlaka ünvanlanıb".

 

XİN rəsmisi əlavə edib ki, BMT TŞ-nin qətnamələrində olduğu kimi, Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı sammitinin yekun sənədini oxuyub başa düşmək əvəzinə Ermənistan XİN rəhbəri nağıllar və əfsanələrə müraciət edir:

 

"Avropa İttifaqının Brüssel sammitinin yekun bəyanatında bütün Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə münasibətdə Aİ öhdəliyi bir daha ifadə olunur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi