Modern.az

Yollardakı qəzanın ilginc səbəbi

Yollardakı qəzanın ilginc səbəbi

23 Fevral 2018, 23:14

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı rəsmi məlumatları nəzərdən keçirərkən həmişə səbəb kimi sürücülərin, piyadaların intizamsızlığı göstərilir. Lakin yolda qəzalara səbəb olan xeyli sayda başqa amillər də var. Məsələn, yollardakı çala-çuxurların və qabarıqların doğurduğu təhlükələri və ziyanları heç də boş vermək olmaz. Modern.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov yollarda baş verən qəzaların səbəbləri barədə danışarkən deyib.

 

Ekspert bildirib ki, yollardakı çala-çuxurlar və qabarıqlar konkret təhlükələr doğurur:

 

“Nisbətən yüksək sürətlə çala-çuxura düşən, yaxud yolun qabarıq yerinə toxunan avtomobil idarəetmədən çıxaraq aşa, yaxud yolda olan digər avtomobillərlə və ya başqa maneələrlə toqquşa bilər. Sürücü çala-çuxura düşməmək üçün lazımsız manevrlər edir, bunun üçün başqa zolağa, bəzən hətta əks istiqamətə çıxır. Bu isə aşkar qəza riskidir.

 

Çala-çuxurları olan yolda hərəkət edən sürücünün gözləri yolda növbəti çala-çuxuru axtarır, ona görə də ümumi yol şəraitinə nəzarət edə bilmir, qabaqda yaranan və ya yarana biləcək qəza vəziyyətlərini vaxtında görmür. Bu da ciddi qəza riskidir”.

 

Ə.Hüseynov bildirib ki, sürücünün gözləri çala-çuxurlara zilləndiyindən tez yorulur. Yorğunluq isə reaksiyanın zəifləməsidir:

 

“Çala-çuxurlu yolda hərəkət edən sürücü tez aqressivləşir, heç kəsə güzəşt etmək istəmir, digər qaydaları pozmağa meyillənir. Xüsusən çala-çuxurlu yoldan rahat yola çıxan sürücü sürət rejimini pozur. Bu da ciddi qəza riskidir. Çala-çuxura düşən avtomobildə anidən yaranan texniki nasazlıq (hətta bəzən təkərin oxdan qopub aralanması və s.) çox ciddi qəzaya, avtomoblin aşmasına, idarəetmədən çıxaraq başqa nəqliyyat vasitələri ilə toqquşmasına səbəb ola bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır