Modern.az

Bakıdakı sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video

Bakıdakı sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video

23 Fevral 2018, 23:41

Bəlkə də hələ harada olduqlarını tam anlamırlar. Amma bu kiçik yaşlarında valideyn nəvazişindən uzaq qalıblar. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, söhbət 2 ay əvvəl Bakıdakı sığınacaqlardan birinə gətirilən Aytac və Yağmur bacılarından gedir.

 

Sığınacağın sosial işçisi Şəhla Hüseynova deyir ki, 3 və 6 yaşlı bu uşaqlar ötən il dekabrın 29-da Sabirabadın Minbaşı kənd sakinləri tərəfindən gətirilib. Yanvar ayında isə uşaqların anası tapılıb. Lakin həmin gündən sonra qadın sığınacağa gəlməyib. Telefonuna da zəng çatmır.

 

Söhbət zamanı qadın özünü şübhəli aparıb. Anası təqdim etdiyi şəxsiyyət vəsiqələrində uşaqların ikisinin də ata adı eyni olub. Yazdığı müraciət ərizəsində isə başqa ad göstərib.

 

Hazırda sənədləşmə işi aparılır. Proses yekunlaşdıqdan sonra azyaşlılar uşaq evinə veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır